Now Reading:
Fransada ermənipərəst deputat cəzalandırıldı
Full Article 30 second read


Fransa Milli Assambleyasının deputatı, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət hesab olunması ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye parlamentdəki köməkçisini səbəbsiz işdən qovduğuna və ona qarşı mənəvi zorakılıq göstərdiyinə görə Eks-an-Provans şəhərinin apellyasiya məhkəməsi tərəfindən cəzalandırılıb.

AzərTAc bildirir ki, məhkəmənin qərarı ilə deputat real və ciddi səbəb olmadan işdən azad etdiyi köməkçisi Mari-Lorans Makaluzoya 37 min avro ödəyəcək.

Mari-Lorans Makaluzo dəfələrlə Valeri Buaye tərəfindən mənəvi zorakılığa, təzyiqlərə məruz qaldığını bildirib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.