Now Reading:
Fransa Səudiyyə kralının qızını beynəlxalq axtarışa verdi
Full Article 30 second read


Fransa məhkəməsi Səudiyyə Ərəbistanı kralı Salman əl Saudun qızının həbs olunması üçün beynəlxalq order verib.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məhkəmə araşdırması ilə əlaqəli mənbə məlumat yayıb.

Məlumata görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bacısı Həssə bin Salman, onun mühafizə xidməti üzvlərinə qarşı açılmış cinayət işi ilə əlaqədar axtarışa verilib.

Fransanın hüquq mühafizə orqanları şahzadənin 2016-cı ildə Parisdəki mənzilində yer almış silahlı zorakılıq, adam oğurluğu, qarət və hədə-qorxu gəlmə faktları üzrə dindirilməsini istəyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: