Now Reading:
“Formula-1”ə görə hərəkətinin qadağan olunduğu ərazilər açıqlandı
Full Article 3 minutes read

Yarış ərəfəsində avtobusların hərəkət istiqaməti də dəyişib


 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılacaq.
Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. Onun sözlərinə görə, birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız “2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində yol məhdudiyyəti təqdim edilən müddət (23 aprel – 1 may) üçün etibarlıdır. İcazə sənədini aprelin 12-dən 23-dək

– İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Böyük Qala küçəsi 42/19, Zəncirli ev 2 mərtəbədən,

– 4 saylı Mənzil Kommunal İstismar Sahəsi, Xəqani küçəsi 26/32, 5-ci blok 2-ci mərtəbədən,

– 58 saylı Mənzil Kommunal İstismar Sahəsi, İstiqlaliyyət küçəsi 5 ünvanlarından əldə etmək mümkündür.

1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.

1-ci zonaya giriş Azneft dairəsi, 2-ci zonaya Rəşid Behbudov küçəsi, 3-cü zonaya isə giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq.

3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq və icazə sənədi olan avtomobillər günün istənilən saatı bu zonaya daxil ola biləcəklər.

Bundan başqa, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, 28 May və İçərişəhər metrostansiyaları isə saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək.

N.Arpadarainin sözlərinə görə, trekə gəlmək üçün 65 nömrəli avtobusdan istifadə etmək istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

“Yarış ərəfəsində 65 nömrəli marşrut Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi boyu dayanacaqlardan keçəcək. Avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək. Trekə gəlmək üçün 5 nömrəli avtobusdan istifadə etmək istəyən tamaşaçılar Rəşid Behbudov küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqdan enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli marşrut N.Nərimanov metrostansiyası – 28 May metrostansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına mahnı teatrının yanı) boyu dayanacaqlar keçəcək. İnterval isə 3 dəqiqə olacaq. Trekə gəlmək üçün 53 nömrəli avtobusdan istifadə etmək istəyən tamaşaçılar Bakı Əloyunları sarayı sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli marşrut Bayıl (20-ci sahə) – Bakı Su İdmanı Sarayı – Milli Bayraq Meydanı – Bakı İdman Sarayı (Funikulyorun yanı) boyu dayanacaqlarla hərəkət edəcək. Bu avtobus 6 dəqiqəlik intervalla hərəkət edəcək” – deyə N.Arpadari əlavə edib.

“APA-Economics”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.