Now Reading:
“Forbes”in ilk onluğuna düşən azərbaycanlı milyarder
Full Article 1 minutes read

“Forbes” jurnalının Rusiya versiyası son 1 ildə ən çox gəlir qazanmış 10 biznesmenin adını hazırlayıb.



Gəlirlərin hesablanması zamanı səhm satışı və şirkətlərdən əldə edilən dividendlər əsas götürülüb. Maraqlıdır ki, siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov da yer alıb. 24saat.org Modern-ə iatinadən xəbər verir ki, “Lukoyl” şirkətinin prezidenti ötən il 750 milyon dollar qazanıb. Bu vəsait “Lukoyl”un gəlirlərinin 10% artması hesabına başa gəlib. Vahid Ələkbərov gəlirlərinin həcminə görə Rusiyada 9-cu ən zəngin iş adamıdır.

2017-ci ildə ən çox varlanan iş adamı isə “Sibura” şirkətinin sahibi Kiril Şamanovdur. O, şirkətin 17%-ni satmaqla 2,3 milyard dollar gəlir əldə edib. İkinci pillədə qərarlaşan Aleksey Mordaşov isə “Severstal” şirkərinin satışı və Nordgold şirkətinin dividendləri sayəsində 1,56 milyard dollar varlanıb. İlk üçlüyü isə Vladimir Lisin tamamlayır. Biznesmenin şirkətlərinin səhmlərinin bahalaşması onu 1,23 milyard zənginləşdirib.

Siyahıda həmçinin, Süleyman Kərimov (980 milyon dollar), Mixail Proxorov (870 milyon dollar), Dmitri Rıbolovlev (860 milyon dollar), Oleq Deripaska (760 milyon dollar), Viktor Raşnikov (760 milyon dollar) və Əlişir Usmanov (660 milyon dollar) da yer alıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.