24 saat

Fikrət Hüseynli ilə bağlı qalmaqal böyüyür


Niderland jurnalistə görə Ukraynaya müraciət etdi

Niderland Krallığının Kiyevdəki səfiri Ukraynanın baş prokuroruna rəsmi müraciət göndərib. 24 saat.org xəbər verir ki, müraciət jurnalist, Turan TV-nin əməkdaşı Fikrət Hüseynlinin həbsi ilə bağlıdır.

Səfirin müraciətində Fikrət Hüseynlinin taleyindən narahatlıq ifadə edilir. Bildirilir ki, Fikrət Hüseynov 2008- ci ildə Niderland Krallığında siyasi sığınacaq istəyib, bu hüquq ona verilib, 2013-cü ildə onun Niderland ərazisində oturum hüququ müddətsiz olaraq uzadılıb, 2014- cü ildə isə Fikrət Hüsenliyə Niderland vətəndaşlığı verilib.

Müraciətdə xüsusi olaraq qeyd edilir ki, onun Azərbaycana təhvil verilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 3-cü bəndinə görə zorakılıq riskləri ilə bağlıdır və belə bir addımın atılması hüquqi olmazdı.

Qeyd edək ki, Fikrət Hüseynli oktyabrın 14-də Ukraynanın sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, jurnalistin saxlanılması Azərbaycanın sorğusu əsasında baş verib. Oktyabrın 17-də məhkəmin qərarı ilə Fikrət Hüseynli 18 gün müddətinə həbs edilib. Məhkəmə Azərbaycan tərəfinə Fikrət Hüseynli barədə ittihamların əsaslandırması üçün vaxt verib.

Fikrət Hüseynli isə peşə fəaliyyətinə görə siyasi sifariş əsasında həbs edildiyini bəyan edib.

Qeyd edək ki, Fikrət Hüseynli müxalif mövqeyilə seçilən jurnalistdir. Elə bu səbəbdə o, 2008-ci ildə Azərbaycanı tərk etməyə məcbur olub. Fikrət Hüseynli Niderlandda yaşasa da, Azərbaycandakı ictimai-siyasi proseslərə aktiv müdaxiləsi fərqlənir.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: