Fikrət Hüseynli AZADLIQDADIR!


24saat.org saytı xəbər verir ki, Oktyabrın 14-də Ukraynanın sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynlinin bu dəqiqələrdə azadlığa buraxılıb.

Xatırladaq ki, Ukrayna tərəfinin yaydığı rəsmi məlumata görə, jurnalistin saxlanılması Azərbaycanın sorğusu əsasında baş vermiş və onun barəsində oktyabrın 17-də məhkəmin qərarı ilə 18 gün müddətinə həbs qəti imkan tədbiri seçilmişdi.

Məhkəmə həmçinin Azərbaycan tərəfinə Fikrət Hüseynli barədə ittihamların əsaslandırması üçün də vaxt vermişdi.

27 Oktyabr tarixində Ukrayna Ali Radasının deputatlarının da iştirakı ilə keçirilən məhkəmə prosesində Azərbaycanın ittihamı əsaslandıra bilməməsi səbəbindən Hüseynli azadlığa buraxılıb.

Məlumat üçün qeyd edək ki, Fikrət Hüseynli müxalif mövqeyilə seçilən jurnalistdir. Elə bu səbəbdə o, 2008-ci ildə Azərbaycanı tərk etməyə məcbur olub. Fikrət Hüseynli Niderlandda yaşasa da, Azərbaycandakı ictimai-siyasi proseslərə aktiv müdaxiləsi fərqlənir.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Katoloniya müstəqilliyini elan etdi – İSPANİYA MUXTARİYYƏTİNİ LƏĞV ETDİ

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: