Now Reading:
Fazil Mustafa: “Orden və medalları yığışdırıb, əvəzində insanlara pul mükafatları verməliyik”
Full Article 50 second read


Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz edib.

APA-nın məlumatına görə, F. Mustafa bildirib ki, ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır.

“Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı? Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? O cümlədən sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılmasını təşkil etməliyik”.

Spiker Oqtay Əsədov isə deputatın bu fikrinə reaksiya verərək bildirib ki, hər şeyi maddiyata bağlamaq lazım deyil.

Öz növbəsində Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deputatın qəhrəman şəhərlə bağlı fikrinə cavab olaraq bildirib ki, bu yanlış iraddır: “Bu, bizim tarixdir və tariximizə verilən qiymətdir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: