Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru Faiq Şahbazov işdən çıxarılıb.

24saat.org Vergilər Nazirliyinin saytına istinadən məlumat verir ki, hələlik onun vəzifəsinin kiçik vergi xidməti müşaviri Elməddin Süleymanov icra edir.
Məlumat üçün deyək ki, Faiq Şahbazov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumudur.

Bu fakt artıq Kəmaləddin Heydərovun Vergilər Nazirliyinə təsir imkanlarının azaldığı barədə iddiaların əsassız olmadığını göstərir.

24saat.org yada salır ki, Fazil Məmmədovun vergilər naziri təyin edilməsində Kəmaləddin Heydərovun böyük rolu olub. Fazil Məmmədov nazir postuna Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsindən gəlib. Həmin vaxt isə DGK-nın sədri Kəmaləddin Heydərov idi.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: