Fazil Məmmədov istefa ərizəsi yazıb – MÜƏMMA


Vergilər naziri Fazil Məmmədov vəzifəsindən istefa vermək qərarına gəlib.

Bu barədə 24saat.org-a daxil olan məlumatda iddia olunur. Bildirilir ki, nazir artıq istefası ərizəsi yazıb. İddiaya görə, onun istefa ərizəsi hələlik qəbul olunmayıb. Nazirlikdən saytımıza daxil olan məlumatda o da vurğulanır ki, Fazil Məmmədovun istefa vermək qərarı sözügedən qurumda çaşqınlığa səbəb olub.

Fazil Məmmədovun hansı səbəbdən istefa vermək qərarına gəldiyi barədə müxtəlif versiyalar var. Bəzi ehtimallara görə, nazirin bu qərarı hakimiyyət daxilindəki ziddiyyətlərlə bağlıdır.

Başqa mülahizələrə görə isə Fazil Məmmədovun qərarı böhranla əlaqəlidir. Maliyyə böhranı başlayandan Vegilər Nazirliyinin büdcə öhdəliyi artıb. Fazil Məmmədov isə bu öhdəliyi yerinə yetirmək iqtidarında deyil.

24saat.org

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Əli Həsənovun nəvəsinin qəzadan sonrakı fotosu yayıldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: