Now Reading:
Fazil Məmmədov açılış mərasiminə qatılmadı
Full Article 30 second read


Dekabrın 14-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Açılışı mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov çıxış edib.

Bizimyol.info qaynarinfo-ya istinadən xəbər verir ki, çempionatın açılış mərasiminə Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov qatılmayıb.

Yada salaq ki, Məmmədov bu yaxınlarda Vergilər Nazirliyinin rəhbərliyindən azad olunub. Onun Güləş Federasiyasındakı gələcəyi də qeyri-müəyyəndir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.