Now Reading:
Fəallar Ramil Usubova müraciəti DİN-ə təqdim etdilər – VİDEO
Full Article 1 minutes read

Polis iki fəalı saxlasa da, sonradan sərbəst buraxıb



100 Vətəndaş cəmiyyəti fəalının Daxili İşlər Naziri Ramil Usubova müraciəti iyunun 1-də nazirliyə təqdim olunub.

Müraciət 28 May Respublika Günü ilə əlaqədar Cümhuriyyət banilərinin şərəfinə qoyulmuş abidəni kütləvi ziyarət etdikdən sonra ReAL partiyasının bir neçə üzvünün 30 sutkalıq həbsi ilə bağlıdır.

Müraciəti nazirliyə aparan fəallar nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlamağa cəhd ediblər.

“Amma xidmət rəhbəri cavab verməyib. Daha sonra xidmətin əməkdaşı Orxan Mənsurzadə əvvəlcə aşağı düşəcəyini desə də, sonra fikrindən yayındı və məktubu qutuya atmağın lazım olduğunu bildirdi”.

Meydan TV-yə bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı söyləyib.

O, reportyor Ramin Dekonun və Müsavat Partiyasının Divan üzvü Elman Fəttahı çəkiliş apardıqları iddiası ilə içəri aparıldıqlarını söyləyib.

Müraciəti imzalayanlardan biri, jurnalist Xədicə İsmayıl Meydan TV-ə deyib ki, Ramin Deko və Elman Fəttah bir neçə dəqiqədən sonra sərbəst buraxlılıb.

“Bunun ardınca nazirliyin katibliyinin rəis müavini Fərman Sarıyev və mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə çıxıb müraciəti götürüblər”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.