Now Reading:
“Eurovision”da düşmənin havadarına 12 xal verdik – QALİB İSƏ KRIM TÜRKÜ OLDU – VİDEO
Full Article 40 second read

“Eurovision”da düşmənin havadarına 12 xal verdik – QALİB İSƏ KRIM TÜRKÜ OLDU – VİDEO

Stokholmda Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi müəyyənləşib. 61-ci “Eurovision” yarışmasının qalibi Ukrayna olub. Bu ölkəni musiqi yarışmasında Krım tatarlarının deportasiyasından bəhs edən 1944 adlı mahnısı ilə Camala təmsil edib.
Camala – əsl adı Susana Camaladinova – Krım tatarıdır. Mərkəzi Asiyaya deportasiya olunanların nəslindəndir. Qırğızıstanda anadan olub. Atası türk (tatar), anası ermənidir.


Mahnı Krım tatarlarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. Mahnının nəqarət hissəsi türk dilindədir.

Camala yeni qayda üzrə keçirilən səsvermədə toplam olaraq 534 xal qazanıb.

Müsabiqədə 2-ci yeri 511 xalla Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə 491 xalla Rusiya nümayəndəsi Sergey Lazarev tutub.

“Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.

Xatırladaq ki, Azərbaycan ən yüksək balı bu il Ermənistanın havadarı Rusiyaya verib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.