Now Reading:
“Etiraz aksiyalarında iştirak etmək günah və haramdır” – İlahiyyatçı
Full Article 3 minutes read

“Etiraz aksiyalarında iştirak etmək günah və haramdır” – İlahiyyatçı



Bu günlərdə isə “Hacı Cavad” məscidinin sökülmə təhlükəsi dindarlar arasında birmənalı qarşılanmayıb. Məsələ ilə əlaqədar Kanal15.tv-yə açıqlama verən ilahiyyatçı-alim Əkrəm Həsənov bildirib ki, məscidlər Allahın evləri hesab edilir: “Məscidlərin sökülməsi doğru deyil. Bildiyimiz kimi, uca Allah Qurani Kərimdə buyurmuşdur ki, məscidlərdə yalnız Allaha dua edin. Məscidlərin bəzəyi ora gələn insanlardır. Məscidlər mübarək yerlər hesab edilir”.

İlahiyyatçı bildirib ki, hansısa ərazidə abadlıq, yenilik, yeni binaların tikintisi, ərazilərin yenidən qurulması kimi işlər aparılırsa, belə halda məscidlər də bu işlərlə bərabər yenidən tikilib təmir edilməlidir: “ Belə halda əvvəlcədən əhaliyə aidiyyatlı qurumlar məlumat verməlidirlər ki, biz məscidi yenidən daha müasir şəkildə tikib istifadəyə vermək üçün burada tikinti-quraşdırma işləri aparırıq. Belə olduqda insanlar anlayır və görülən işdən razı qalırlar. Bir də insanların çoxu məsələnin mahiyyətini anlamırlar. Elə bu baxımdan da qabaqcadan vətəndaşlara bildirmək lazımdır ki, burada təmir-tikinti işləri gedir və müvəqqəti olaraq məscidin fəaliyəti yenidən bərpa olunacaqdır. Ancaq vətəndaşlar bununla razılaşmalıdırlar. Sadəcə insanlarda dinə qarşı xüsusi həssasiyyət var”.
“Əgər hər hansısa bir məscid sökülürsə o yenisi ilə əvəzlənməlidir”
Ə.Həsənov qeyd edib ki, məscidlərin sayının çox olması daha yaxşıdır. Onun sözlərinə görə, ölkəmizdə məscidlərimizin sayı nə qədər çox olarsa uğurlarımız, nailiyyətlərimiz də çox olar:  “Çox insanlar məscidlərə gəlir gətirmədiyi üçün laqeyd yanaşırlar. Halbuki ən böyük gəlirlərdən biri də mənəvi gəlirdir. İnsanın mənəviyatı yüksək olduqca digər fəaliyyətləri də yüksəlir və bu da gələcəkdə ölkənin hər baxımdan yüksəlməsinə yol açır. Əgər hər hansısa bir məscid sökülürsə o yenisi ilə əvəzlənməlidir. Mən də çox istərdim ki, yaşadığım yerdə bir neçə məscid olsun. Sovetskidə sökülən məscidə gəldikdə isə orada məscidin sökülməsi qərarı əgər var idisə ləğv edilib. Bu baxımdan yaşayış yerinin köçürülməsi zamanı məscidləri də köçürmək daha doğru olar”.
“Yaşayış yerinin köçürülməsi zamanı məscidləri də köçürmək daha doğru olar”
İlahiyyatçının sözlərinə görə,məscidlərin başqa yerə köçürülməsinə dinimizdə icazə verilir. O, bildirib ki, xüsusi ilə yaxınlıqda başqa məscidlər varsa, təmir gedən ərazidə məscidin köçürülməsi icazəli hesab edilir. İlahiyyatçınin fikrincə, “Sovetski” kimi tanınan ərazidə sakinlərin köçürülməsinə əsasən, yaşayış yerinin köçürülməsi zamanı məscidləri də köçürmək daha doğru olar: “ Məscidlərin yaşayış yeri ilə bərabər başqa ərazilərə daşınması məscidlərin sökülməsinə icazə verilə bilər”.
İlahiyyatçı Əkrəm Həsənovun fikrincə, əgər məscidlərin sökülməsi və tikilməsi əmri verilərsə, dindarlar buna müsbət reaksiya verməlidirlər: “Çünki, hər kəs bilir ki, ölkəmizin əhalisinin demək olar ki, 95%-dən çoxunu müsəlmanlar təşkil edir. Biz əgər azərbaycanlıyıqsa həm də müsəlmanıq. Məscidi sökmək yox, yerini dəyişmək və təmir etmək olar. Hətta məscidi başqa əraziyə də köçürmək olar. Bir məsələni də qeyd edim ki, belə hallar olduqda bəzən müxalif qruplar bu məsələni siyasiləşdirməyə cəhd edirlər. Bu da doğru yanaşma deyildir”.
“Etiraz aksiyalarında iştirak etmək günah və haramdır. Bu, dinimizə ziddir”
“Hacı Cavad” məscidinin sökülməsi və bağlanması ilə əlaqədar olaraq, dindarlar etiraz aksiyaları keçirib. Dindarlar etiraz aksiyalarında bildirib ki, məscidlər sökülməsin.İlahiyyatçı-alim Əkrəm Həsənovun fikrincə etiraz aksiyalarına qoşulmaq günah və haramdır. Onun sözlərinə görə, etiraz aksiyalarına qoşulmaq İslam dininə ziddir: “Xüsusi ilə kütləvi şəkildə etiraz etmək, qadınların küçələrə çıxması şəriət baxımından doğru yanaşma deyildir. Məsələyə islam dini baxımından yanaşırıqsa qadının küçələrə çıxıb etirazlarda iştirak etməsi islam dini baxımından doğru qəbul olunmur. Hələ mən islam dini baxımından etiraz aksiyalarına qoşulmağın günah və haram olduğunu qeyd etmirəm. Şəriət baxımından etiraz aksiyalarında iştirak etmək dinimizə ziddir və belə bir aksiyalarda iştirak etməyi islam alimləri mənbələrdə gələn xəbərlərə əsasən günah və haram hesab ediblər”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: