Now Reading:
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Full Article 40 second read

Ermənistanın yeni prezidenti Armen Sarkisyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın böyük rolu var.



Oxu.Az-ın xəbərinə görə, erməni lideri bu barədə TASS-a müsahibəsində deyib.

“Artıq 25 ildən çox bir müddətdir ki, danışıqlar ATƏT-in Minsk Qrupunun formatında həmsədrlər tərəfindən təklif edilən nizamlanma prinsipləri və elementləri əsasında aparılır.

Rusiya həmsədr dövlətlərdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas rol oynayır”, – Ermənistan prezidenti bildirib.

Sarkisyan qeyd edib ki, 23 il əvvəl atəşkəs rejimi barədə üçtərəfli razılıq məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub:

“Biz münaqişənin sülh yolu ilə həllinə yönələn bu vasitəçilik səylərini yüksək qiymətləndiririk”.

Prezident bildirib ki, bütün regional münaqişələr son nəticədə öz həllini tapır.

“Tarix bundan da amansız və dramatik münaqişələr görüb”, – deyə o yekunlaşdırıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: