Now Reading:
Ermənistandakı Rusiya aviasiyası havaya qalxır
Full Article 50 second read

Ermənistandakı Rusiya aviasiyası havaya qalxır



Rusiyanın Ermənistandakı Erebuni aviabazasında dislokasiya olunmuş pilotlar və digər hərbi qulluqçular iyulun ortalarında keçiriləcək irimiqyaslı taktiki hava təlimlərinə intensiv hazırlıq işləri görür.

Virtualaz.org Rusiyanın Cənub Hərbi Dairəsnin mətbuat xidmətinin yaydığı məlumata istinadən bildirir ki, təlimlər yüksək dağlıq ərazilərdəki “Kamhud” və “Alagöz” poliqonlarında keçiriləcək.

Təlimlərdə Ermənistana bir neçə ay əvvəl göndərilmiş dördüncü nəsil MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT vertolyotları, digər tip hava maşınları maksimal aşağı və maksimal yuxarı hündürlüklərdə döyüş vəzifələrinin yerinə yetirilməsini məşq edəcəklər. Habelə pilotlar şərti düşmənin hava hücumundan müdafiə sistemlərindən yayınmaq üsullarını sınaqdan çıxaracaqlar. Təlimlər “ekstreaml şərtlərdə” keçiriləcək, uçuşlar həm tək-tək, həm qruplar halında aparılacaq.

Xatırladaq ki, ötən həftə Ermənistan Rusiya ilə vahid hava hücumundan müdafiə sisteminə dair sazişi ratifikasiya edib. Sazişə əsasən Rusiyanın Ermənistandakı HHM sistemləri və aviasiyası bu ölkənin hava məkanının müdafiəsinə cəlb olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: