Now Reading:
“Ermənistan avtoritarlıqdan çıxa bilib, Azərbaycan yox”
Full Article 2 minutes read


“The Independent” yazır ki, yeni hərtərəfli geniş hesabatın gəldiyi nəticəyə görə, Şimali Amerika “qüsurlu demokratiya” kimi təsnif edilib.

The Economist Intelligence Unit (EIU) qrupunun illik hesabatının kriteriyalarına görə “qüsurlu demokratiya” əsl demokratiyadan azacıq geridə qalan demokratiya sayılır.

EIU-nu hesabatında ölkələrə reytinq verilməsi üçün demokratiyanın 60 spesifik dəyərinə uyğunluq əsas götürülür.

Bu mənada ABŞ ötən il demokratiya sahəsində 10 mümkün baldan 7, 98-ni toplaya bilib. Analitik qrup qeyd edir ki, bu, əsas etibarilə ABŞ-da prezidentliyə Donald Trump-ın gəlməsi ilə bağlıdır.

ABŞ-da demokratiyanın tənəzzülünə səbəb kimi ictimaiyyətin dövlət təsisatlarına inamının azalması göstərilir.

Beləliklə, dünyanın ən demokratik ölkələrinin siyahısında Amerika ikinci ildir ki, tam demokratik ölkə sayılmır.

İndi ABŞ İtaliya, Cənubi Koreya, Fransa, Çili, Botsvana və Meksika kimi başqa “qüsurlu demokratiyalarla” birlikdə demokratiya indeksindəki 21-ci pilləni bölüşür.

Hesabatda qeyd olunur ki, əgər Trump cəmiyyətin qütbləşməsinin qarşısını almasa, onun ölkəsi avtoritarlığa doğru üzüaşağı yuvarlana bilər.

Bu da bildirilir ki, ABŞ-da Konqres regionlarının yenidən xəritələnməsi siyasi relyefin daha da qütbləşməsi ilə nəticələnib.

Bunun nəticəsində Konqres üzvləri öz partiyalarının praymeriz yarışlarında rəqabətdən qorxaraq, ya sağa (respublikaçılar), ya da sola (demokratlar) meyllənməyə məcburdurlar.

Hesabatda deyilir ki, Trump-ın vergi siyasəti ABŞ cəmiyyətindəki bərabərsizliyi daha da artırmış olacaq.

“The Economist” jurnalı ilə eyni şirkətə daxil EIU-nun hesabatında deyilir ki, ABŞ-da demokratiyanın geriləməsi xüsusilə də qlobal resessiyaların ardınca baş verib.

Ümumiyyətlə isə, hesabatdakı 89 ölkə 2016-cı illə müqayisədə 2017-ci ildə demokratiyanın tənəzzülünə məruz qalıb.

Bu hesabatda ölkələr “tam demokratiya”, “qüsurlu demokratiya”, “hibrid rejimlər” və “avtoritarlar” kimi dörd kateqoriyaya bölünüb.

Azərbaycan “avtoritar” kateqoriyadadır. Yeri gəlmişkən, Ermənistan ötən il “avtoritar” kateqoriyadan “hibrid rejimlər” kateqoriyasına qalxa bilib.

Media azadlığında isə Azərbaycan Belarus, Çin, Kuba, Ekvatorial Qvineya, Eritrea, Efiopiya, Şimali Koreya, Səudiyyə, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birlikdə sonuncu – 154-cü yeri tutur.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.