Now Reading:
Ermənilər “KVN”in səhnəsində – Maslyakovun yalanı üzə çıxdı
Full Article 40 second read

Ermənilər “KVN”in səhnəsində – Maslyakovun yalanı üzə çıxdı

Soçidə keçirilən “Şən və hazırcavablar klubu”nun festivalında qondarma Dağlıq Qarabağdan olan komandanın iştirak etməsi ilə bağlı qalmaqal böyüyür.
Xəbər verdiyimiz kimi, KVN-in aparıcısı, “AMİK” televiziya yaradıcılıq birliyinin direktoru Aleksandr Aleksandroviç Maslyakov da məsələyə münasibət bildirmiş və qondarma Dağlıq Qarabağ Respublikasından heç bir komandanın Soçidə keçirilən “Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq festivalında iştirak etmədiyini vurğulamışdı.
Ermənistan KİV-i Maslyakovun yalanını üzə çıxarıb. “Novosti-Armeniya” agentliyi hazırda Soçidə olan “DQR”dən olan komandanın nümayəndəsi Georqi Avetisyanla əlaqə saxlayıb. O bildirib ki, komanda artıq birinci turda iştirak edib və nəticələri gözləyir. Avetisyan, həmçinin komandalarının “DQR”i deyil, Xankəndini təmsil etdiyini bildirib.(Qafqazinfo)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.