Now Reading:
Erməni deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik…”
Full Article 50 second read

Erməni deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik…”

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Ermənistanın və “Arsaxın” (Dağlıq Qarabağın) təhlükəsizliyinə ən böyük təhdid əraziləri qaytarmağa hazır olan prezident Serj Sərkisyanın özüdür”.

Virtualaz.org “Armenia Today”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif “İrs” fraksiyasından olan deputatı Zarui Postancyan parlamentdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Serj Sərkisyanın erməni tərəfinin aprel döyüşlərində cəmi 800 hektar ərazi itirdiyi haqda bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olduğunu göstərir. Postancyan deyib ki, həmin 800 hektar ərazinin itirilməsi Dağlıq Qarabağın təhlükəsizliyini laxladıb, üstəlik itkilər arasında bir kənd də var. Lakin deputat hansı kənddən söhbət getdiyini dəqiqləşdirməyib.

Aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, qoşunlarımız düşmənin müdafiə xəttini şimal-şərq və cənub istiqamətlərindən yarıb, Tərtər istiqamətində Seysulan kəndi düşməndən azad olunub. Lakin MN sonrakı bəyanatlarında Seysulan kəndinin kimin nəzarətində olduğuna toxunmadı.

Xatırladaq ki, Azərbaycan MN Sərkisyanın bəyanatına düzəliş verib, aprel döyüşlərində 800 yox, 2000 hektar ərazi qaytarıldığını açıqlayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.