Now Reading:
Elxan Süleymanov və Müslüm Məmmədov daha “kürü diplomatiyası” ilə məşğul olmayacaq
Full Article 50 second read


Milli Məclisin Avropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların əvəzinə hələlik deputat Elşad Həsənov nümayəndə heyətinin tərkibinə daxil edilib.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tərkibindən Elxan Süleymanovun və Müslüm Məmmədovun çıxarılması çox maraqlı xəbərdir. Məlum olduğu kimi bu iki deputat “kürü diplomatiyası” adı almış beynəlxalq qalmaqalda müstəsna rol oynayıblar. Məhz bu iki şəxs avropalı diplomatların pulla ələ alınması işində fəaliyyətləri ilə məşhurlaşıblar.
Sentyabrdan başlayaraq jurnalist araşdırmaları yolu ilə böyük məbləğdə pulların bu tipli məsələlərin həllinə Azərbaycan hakimiyyətinin xərcləməsi faktları yayıldı. Avropa Parlamenti və Avropa Şurasının özü Azərbaycan hakimiyyətinin rüşvətlə bağlı olan faktlarını araşdırır. Belə nəticə hasil olur ki, Azərbaycan hakimiyyəti Elxan Süleymanovu və Müslüm Məmmədovu AŞPA-dan uzaqlaşdırmağa məcbur olub. Bununla da hakimiyyət bu şəxslərə qarşı irəli sürülmüş ittihamların əsaslə olduğunu dolayısı ilə sübut etdi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.