Now Reading:
Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının qorunması barədə
Full Article 50 second read


Ölkəmizdəki ictimai-siyasi sabitlik insan hüquqlarının qorunmasına da əlverişli şərait yaradır.

Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkli, ombudsman Elmira Süleymanova 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəmizdə insan hüquqlarının qorunması prioritet sahə elan olunub. Qısa müddətdə Azərbaycanda insan hüquqları ilə əlaqədar bir çox sənədlər qəbul edilib.

E.Süleymanova bildirib ki, fəaliyyətləri dövründə uşaqların hüquqlarının qorunması üçün təbliğat işləri aparılıb.

Ombudsman əlavə edib ki, gender bərabərliyinin təmini üçün yalnız hər hansı fakt üzrə deyil, ümumilikdə bütün hallara qarşı kompleks tədbirlər həyata keçirilməlidir. Belə tədbirlərin xüsusi əhəmiyyətinin olduğunu nəzərə çatdıran E.Süleymanova qeyd edib ki, Azərbaycanda indiyədək 11 amnistiya aktı qəbul edilib, 62 əfv sərəncamı imzalanıb, nəticədə on minlərlə insan azadlığa qovuşub.
virtualaz.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.