Now Reading:
Eldar Mahmudovun “sağ əli” Akula Akifin məhkəməsi dayandırıldı
Full Article 30 second read

Eldar Mahmudovun “sağ əli” Akula Akifin məhkəməsi dayandırıldı



“MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin (“Akula Akif”) barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

24saat.org  apa-ya istinadən xəbər verir ki, A. Mustafayev haqqında axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib.

O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

Akif Mustafayev keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” kimi tanınır.

Qeyd edək ki, bir müddət əvvəl “Akula Akif” ləqəbi ilə tanınan A. Mustafayevin İspaniyanın Loret-de-Mar şəhərində saxlanılması haqqında xəbər yayılıb. Onun vəkili Abbas Atakişiyev A. Mustafayevin saxlanıldığını təsdiqləsə də, sonradan buraxıldığını deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: