Now Reading:
Eldar Mahmudovun agentinə ittiham elan edilib
Full Article 40 second read

Eldar Mahmudovun agentinə ittiham elan edilib



Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğluna qarşı ittiham irəli sürülüb.

Bu barədə vəkil Nemət Kərimli “Turan”a bilidirib.

Vəkilin sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F.Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: “Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək”.

Qeyd edək ki, Jam.az saytı hər hansı konkret siyasi-ideoloji istiqaməti ilə seçilmir. F.Fərəməzoğlu özü isə uzun müddət MTN-in keçmiş rəhbəri Eldar Mahmudovla bağlı olub və onun agentliyini edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: