Now Reading:
Ekspert pensiyaların artım məbləğini açıqladı
Full Article 2 minutes read


Vüqar Bayramov: “250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq”

“Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq”. Bizimyol.info xəbər verir ki, bunu İqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirir ki, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var:
“Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq”.
Ekspert qeyd edir ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu, yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. “

Bu ildən isə bu məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır.
bizimyol.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.