Now Reading:
Dünya Çempionu: “Çox təəssüflər olsun ki, burda heç kim mənə yaxın durmur”
Full Article 40 second read


2014-cü ildə İtaliyada Azərbaycan bayrağını ucalara qaldıraraq, Dünya Çempionu adını qazanmış Sənan Əliyevin səhhətində ciddi problemlər meydana çıxıb. İdmançı deyir ki, sağlıq durumu günbəgün pisləşir. Lakin maddi imkansızlıq bu müayinələrdən keçməyi qeyri-mümkün edir:

“Bir dənə istəyim bilirsiniz nədir? Mənə bu idmanda aldığım travma o qədər də təsir eləmir. Mənə ən çox təsir edən tək qalmağımdır. Ermənilərlə son döyüşümdə, sırf olaraq kürəyimdəki Azərbaycan yazısına görə, 6 erməni tərəfindən təklənmişdim. Amma mən onların hamısını məğlub etdim. Qarşılaşdığım hər bir ermənini günahlı, günahsız hamısını özüm dava şəraiti yaradıb döyürdüm. Həm Ukraynada, həm Türkiyədə bunları etmişəm. Amma bu gün çox təəssüflər olsun ki, burda heç kim mənə yaxın durmur. Mən üç aylıq gecikmənin nəticəsi olaraq bu günə düşmüşəm”.

azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.