Now Reading:
“DSMF məhkəmənin qərarını icra etmir”
Full Article 50 second read

İkinci qrup əlil: “Haqqım olanı vermirlər, mənim isə rüşvət verməyə pulum yoxdur”



 

“Bizim Yol”a müraciət edən Göyçay şəhər sakini İsmayılova Xatirə Talıb qızı bildirib ki Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin qərarını icra etməməsindən şikayət edib.

Onun sözlərinə görə, Şəki İnzibati-İqtisad Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müavinəti düzgün hesablanmamasını aşkar edib, DSMF-nin qarşısında səhv hesablanmış stajın düzəldilərək 2014-cü ildən hesablanması və ödənilməsi barədə qərar qəbul edib.

“Mən dəfələrlə DSMF-yə müraciət edib, məhkəmənin qərarının icra olunub-olunmaması ilə bağlı maraqlanmışam. Bu qurumdan mənə şifahı bildirilib ki hakim işi düzgün aparmayıb deyə qərar icra olunmayacaq. Mən dediklərini rəsmi formada bildirilməsini tələb etsəm də, mənə cavab verilməyib”,-deyə X.İsmayılova bildirib.
O özü haqqında bunları qeyd edib: “Mən yeganə oğul övladını itirmiş tənha qadın olmaqla ağır xroniki xəstəyəm. İkinci qrup əliləm. Müxtəlif bəhanələrlə mənə əngəl yaradılır. Qanunla haqqım olanı mənə vermirlər. Mənim isə rüşvət verməyə pulum yoxdur”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: