Now Reading:
Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur
Full Article 2 minutes read

Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Hesablama Palatasının yoxlamaların nəticələri belə qənaət gəlməyə ciddi əsaslar yaradır

Qubad İbadoğlu

Hesablama Palatası ötən il auditlə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş məbləği 1 mlrd. 421 mln. manat olmaqla 3 459 satınalma müqaviləsini təhlil edib. Aparılan təhlillər nəticəsində müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb , 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb, həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib. Göründüyü kimi, bu sahədə qanunsuzluq o yerə çatıb ki, hətta bəzən tenderin qalibi ilə müqavilə belə imzalanmayıb və yaxud müqavilə imzalanarkən onun predmeti və məbləği dəyişdirilib. Belə ki, təhlillər göstərib ki, ötən il müqavilə 11 halda tender qalibi ilə deyil, başqası ilə imzalanıb, 121 halda isə imzalanmış müqavilənin predmeti və qiyməti dəyişdirilb.

Bu nəticələr göstərir ki, müvafiq oranlar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini kobud şəkildə pozur. Bununla yanaşı onların hər birindən korrupsiya iyi gəlir. Təəssüf ki, açıqlanan məlumatlarda təqdim edilən faktların əlaqəli olduğu məbləğlərə dair informasiyaya çıxış olmadığından korrupsiyanın miqyaslarını müəyyənləşdirmək mümkün deyil. Amma, bu cür faktların vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqəli olması və sonda da mənimsəmələrlə şərait yaratması şübhə doğurmur. Odur ki, belə faktların açıqlanması ilk növbədə təqdir olunmalı, lakin bununla yanaşı hər bir faktla bağlı araşdırmalar aparılmalı, məsuliyyət səviyyəsi hüquqi və məhkəmə müstəvisində qiymətləndirməlidir. Bununla yanaşı, dövlət satınalmaları sahəsində aşkara çıxarılan problemləri aradan qaldırmaq üçün tövsiyyələr işlənilməlidir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.