Now Reading:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Full Article 1 minutes read


Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2 fevralda baş tutacaq.

İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 2 fevral tarixində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün bu keçidə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.