Now Reading:
Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin məhkəməsinə şahidlər məcburi gətiriləcək
Full Article 2 minutes read

Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin məhkəməsinə şahidlər məcburi gətiriləcək



Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, iş üzrə şahidlər prosesə dəvət edilsə də, gəlmirlər. Məhkəmə buna görə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses noyabrın 16-da davam etdiriləcək.

Təqsirləndirilən şəxslər işsiz insanların adına ayrılan müavinətləri mənimsəməkdə təqsirləndirilir. İttihama görə, onlar Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlara verilməli olan müavinətin az hissəsini onlara verib, qalanını isə mənimsəyiblər. Onların 60 min manatdan çox pulu mənimsədikləri bildirilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 308.1. (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: