Now Reading:
Dövlət Departamenti Rusiyanı Əsədə təzyiq göstərməyə çağırdı
Full Article 50 second read

Dövlət Departamenti Rusiyanı Əsədə təzyiq göstərməyə çağırdı

Rusiya Suriyada sülhə bağlı olması bəyanatlarını öz əməli ilə göstərməlidir.


Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi çıxış edib. Con Kirbi Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT-nin Suriya üzrə nümayəndəsi Staffana de Misturanın ünvanına danışıqların keçirilməməsi ilə bağlı tənqidinə cavab olaraq deyib ki, Mistiranın vəzifəs daha asan olardı, əgər Rusiya Dəməşqə öz təsirini gücləndirib, Bəşər Əsədi mülayim müxalifət və mülki əhaliyə hücum etməkdən çəkindirə bilsəydi.
Onun sözlərinə görə, Con Kerri sabah Moskvaya səfəri zamanı hər şeyi edəcək ki, sülh danışıqları üçün şərait yaradılsın.
Qeyd edək ki, 1 avqustda Əsəd rejimi və müxalifət arasında Suriya ilə bağlı sülh danışıqları Cenevrədə yenidən başlamalıdır.
Lakin müxalifət hökumət qüvvələri atəşkəs razılaşmasının şərtlərini yerinə yetirməyənədək danışqılara getməkdən imtina edirlər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: