Now Reading:
Donald Tramp Ərdoğanı dostu adlandırıb
Full Article 50 second read

Donald Tramp Ərdoğanı dostu adlandırıb



ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyərək dünyanın ən çətin hissəsini idarə etdiyinə görə qiymətləndirilən lideri dostu adlandırıb.

Tramp Ərdoğanla dünən BMT-nin Baş Assambleyası çərçivəsində görüşüb. Görüşdə amerikalı nümayişçilərin Ərdoğanı dəstəkləyənlər və onun cangüdənləri tərəfindən döyülmələrinin səbəb olduğu iki ölkə arasında gərginlik müzakirə mövzusu olub.

Tramp Ərdoğanla danışıqlar məqsədi ilə görüşüməzdən bir neçə saat əvvəl Ərdoğan Nyu-York şəhərində oteldə çıxış edən zamanı Ərdoğan tərəfdarları və təhlükəsizlik işçiləri onun sözünü kəsən üç nümayişçiyə hücum edərək onlara zərbə yetirib.

Bundan əvvəl may ayında baş vermis insidentdə Türkiyə səfirliyinin təhlükəsizlik işçilərinin Vaşinqton şəhərində yerləşən səfirliyin qarşısında nümayiş keçirən insanlara hücum etdiyi video ilə çəkilib. Hadisədən sonra bir neçə Türkiyə təhlükəsizlik rəsmisi dindirilib.

Ötən dəfə ki, hücum Trampla Ərdoğan arasında Ağ Evdə keçirilən görüşdən bir qədər sonra baş verib.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.