Now Reading:
Dollar yenidən bahalaşdı
Full Article 40 second read

Dollar yenidən bahalaşdı

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Bu gün səhər saatlarında bir sıra Azərbaycan kommersiya banklarında dolların alış/satış qiymətlərinin daha da yüksəlməsi müşahidə olunur.

Hazırda ABŞ valyutasının yerli banklarda ən sərfəli alış qiyməti 1.6750 manata, satış isə 1.6900 manata bərabərdir.

Belə ki, dünən axşam saatlarında “Günaybank” dolları 1.6840 manata alıb, 1.6900 manata satırdı, indi bu göstəricilər müvafiq olaraq 1.6750 və 1.7050 manat təşkil edir.

“Amrahbank” həmçinin alışı 0.5 qəpik, satışı 1 qəpik bahalaşdırıb: alış – 1.6450 manatdan 1.6500 manatadək, satış – 1.6950 manatdan 1.7050 manatadək.

“Bank Avrasiya” da dolları bahalaşdıran banklar siyahısına daxil olub. Bu bank dolların alış məzənnəsini 1.6590 manatdan 1.6700 manatadək, satışı isə 1.7000 manatdan 1.7250 manatadək bahalaşdırıb.

Dünən axşam saatları ilə müqayisədə “Nikoil bank” dolların yalnız alış qiymətini bahalaşdırıb: 1.6600 manatdan 1.6650 manatadək.
///fins.az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.