Now Reading:
Dollar “qara bazarda” 1.83 manat oldu
Full Article 40 second read

Dollar “qara bazarda” 1.83 manat oldu



Azərbaycancanda fəaliyyət göstərən banklarda bu gün ABŞ valyutası daha da bahalaşıb. Fins.az xəbər verir ki, banklar dolları 1.8010 məzənnəsi ilə satır.

Xatırladaq ki, Mərkəzi Bank bu gün üçün dolların məzənnəsini 1.7318 manat müəyyən edib. Banklar isə bundan 4% baha satır.

24saat.org saytı xəbər verir ki, hazırda “qara bazar”da dollar 1.82 AZN-ə alınır və 1.83 AZN-ə satılır.

Onu da bildirək ki, bu gündən etibarən “Xalq bank” və “Dəmirbank”da ABŞ valyutasını satmaqdan imtina edib . Xatırladaq ki, səhər saatlarında 500 dollarlıq limitlə valyuta satan “Xalq bank” bu dəqiqələrdə satışı dayandırıb.

Səbəb kimi kassalarda valyuta olmaması göstərilib. Beləliklə, dollar satmayan bankların sayı 29-ə çatıb.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: