Now Reading:
Dollar FED rəhbərinin çıxışı öncəsi ucuzlaşır
Full Article 40 second read


Bugünkü ticarət sessiyasında dollar digər valyutalara qarşı ucuzlaşıb.

“APA-Economics” xəbər verir ki, dolların indeksi 0,18% azalaraq 89,75 səviyyəsinə enib.

Avrozonanın vahid valyutası olan avronın dollara qarşı məzənnəsi 0,2% artaraq 1,2304 səviyyəsindən 1,2324 bəndinədək yüksəlib. Öz növbəsində, Yaponiya yeni dollara qarşı 0,20% bahalaşıb.

Qeyd edək ki, dollar Federal Ehtiyatlar Sisteminin (FED) yeni rəhbərinin bu həftə verəcək açıqlaması öncəsi ucuzlaşıb.

Sinqapurda yerləşən “Sumitomo Mitsui Banking Corporation” şirkətinin baş analitiki Satoşi Okaqavunun (Satoshi Okagawa) fikrinə görə, yeni FED rəhbəri “kəskin” ifadələr verməkdən çəkinəcək. Çünki, bu, fond bazarında sakitliyin pozulmasına səbəb ola bilər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.