Now Reading:
Diqqətli olun: Bakıda yeni dələduzlar peyda olub – VİDEO
Full Article 50 second read


Bakıda yeni dələduzlar peyda olub.

Xəzər TV xəbər verir ki, onlar telefonla zəng edərək yüksək maaşlı iş təklif edirlər.

İşə qəbulun pulsuz olduğunu, sadəcə sənədlərin hazırlanması üçün poçt vasitəsi ilə 100 -150 manat göndərilməsini istəyirlər.

Şikayətçilər iddia edir ki, Bakıda 2 nəfər şəxs, xüsusən də sürücülərə zəng edərək iş təklif edir və dələduzluq yolu ilə pul alırlar.

Dələduzlar seçdikləri qurbanı inandırmaq üçün onunla bir neçə dəfə telefonla danışır, iş barədə məlumat verir və aldadılan şəxsi işə düzəldəcəyinə əmin edirlər.

Şikayətçi Məhərrəm Əliyev deyir ki, o gündən sonra sonra həmin nömrəyə zəng çatmayıb.

Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.

Poçtdan verilən məlumata görə, göndərilən pul Yasamal rayonunda yerləşən 65 saylı poçtdan orta yaşlı bir kişi tərəfindən alınıb. Məhhərrəm Əliyevin sözlərinə görə, hadisdən bir neçə gün sonra onunla bir yerdə işləyən digər şəxslərə də belə zənglər gəlib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.