Now Reading:
Diqqət! Prospektdə hərəkət məhdudlaşdırılır
Full Article 40 second read

Rənglənmə ilə əlaqədar Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır.



 

Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.