Now Reading:
DİM sədri: “Rezidenturaya qəbul imtahanlarına yeni test tapşırıqları daxil edilib”
Full Article 2 minutes read


“2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07% dolub. Müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb”.

APA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə nəşr olunacaq “Rezidentura” jurnalının 1-ci sayının “Ön söz”ündə bildirib.

O bildirib ki, Tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.

2017-ci ildə imtahanın birinci mərhələsinin – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılıb, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunub. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artıb ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olub”.

DİM sədri qeyd edib ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır: “Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar – baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanıb, eləcə də test bankına yeni test tapşırıqları daxil edilib”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.