Now Reading:
Dilma Rusef istefa verməkdən imtina etdi
Full Article 30 second read

Dilma Rusef istefa verməkdən imtina etdi



Braziliya prezidenti Dilma Rusef könüllü istefaya getməyəcəyini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, o, San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşdə deyib: “Təslim olmayacağam, mənim şərəf və ləyaqətim var”.

Xatırladaq ki, D.Rusef may ayında Braziliya Senatının qərarı ilə 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Mişel Temer icra edərək yeni kabinet formalaşdırıb. Avqust ayında Senatda Braziliya prezidentinin yekun impiçmenti ilə əlaqədar məsələyə baxılması nəzərdə tutulur.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.