Now Reading:
Dilçilik İnstitutunun son dəyişikliyi korrupsiyaya xidmət edir – İDDİA
Full Article 2 minutes read


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Orfoqrafiya Komissiyası tərəfindən “Orfoqrafiya lüğəti”ndə edilən dəyişikliklər bir neçə gündür ki, gündəmin əsas müzakirə mövzusudur.

Bəzi sözlərə edilən dəyişikliklər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Mütəxəssislər hesab edir ki, Dilçilik İnstitununun dəyişiklikləri dilin təkmilləşməsinə deyil, əksinə bərbad vəziyyətə salınmasına xidmət edir.

Lakin məsələnin başqa tərəfi də var. AZ24saat.org saytına danışan bəzi ekspertlər hesab edir ki, Dilçilik İnstitunun tez-tez sözlərdə dəyişiklik etməsi birbaşa korrupsiya mənbəyidir. Bu qənaətdə olanların fikrincə, hər dəyişiklikdən sonra dövlət müəssisələrində sənədləşmədə də dəyişikiklik edilir ki, bu da korrupsiyaya yol açır. Xüsusilə, son dəyişikliklərdən sonra bu qənaət daha da möhkəmləşib. Bəzi iddialara görə, artıq dövlət müəssisələrinə dəyişikliklərin sənədləşmələrdə əksini tapması üçün lazım olan vəsaitin ayrılması üçün təkliflər hazırlanmasına dair tapşırıq daxil olub. Lakin mənbəmiz bildirir ki, bu prosesə ayrılan vəsait heç də arxiv sənədlərində düzəliş edən işçilərə verilməyəcək. İddiaya görə, dövlət müəssisələrində çalışan işçilər bu vəzifəni yerinə yetirən zaman əlavə maaş almayacaqlar. Ayrılan vəsait isə daha çox dəftərxana kağızlarının satın alınması adı altında silinəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan yenidən müsətillik əldə etdikdən sonra ilk “Orfoqrafiya lüğəti” 2004-cü ildə çap edilib. Həmin lüğətdə “alqı-satqı” sözü dəyişdirilərək “alğı-satqı” kimi qeyd edilib. 2013-cü ildə çap edilən yeni lüğətdə isə bu söz yenidən əvvəlki kimi, yəni, “alqı-satqı” olaraq göstərilib. Son dəyişikliklərdə Orfoqrafiya Komissiyası yenidən “alğı-satqı” variantına keçidi məqbul hesab edib.

Ekspertlər “alqı-satqı” sözünün sənədləşmədə ən çox istifadə edilməsinə diqqət çəkərək Dilçilik İnstitunun bu sözün üzərində “eksprementlər” aparmasını təsadüfi saymır.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.