Now Reading:
Diktatorların intim həyatı: Kimisi bacısı, kimisi əmisi qızı ilə… – FOTO/VİDEO
Full Article 5 minutes read

Diktatorların intim həyatı: Kimisi bacısı, kimisi əmisi qızı ilə… – FOTO/VİDEO

Onlar xalqlarını güc və zorakılıq yolu ilə idarə edir, hakimiyyətə şəxsi sükanları kimi yanaşırdılar. Alternativ fikrə, tənqidə yer ayırmır, rəqiblərini aradan götürürdülər. Söhbət diktatorlardan, əlləri minlərlə, milyonlarla insanın qanına batan tiranlardan gedir. Yer üzünün ən böyük cinayətkarları sayılan, milyonlarla insanın, ailənin bədbəxtliyinə səbəb olan qəddar dövlət başçıları hətta öz ailələrinin də faciələrinin baiskarı oldular. Lakin tarixi araşdırdıqda diktatorların qadınları – sevgililəri, həyat yoldaşları ilə bağlı maraqlı faktlar ortaya çıxır. Məlum olur ki, bu qadınlar ömürlərinin son anlarına qədər ərlərinə sadiq olublar. Hətta bəziləri qəddar sevgililəri üçün ölümə belə gediblər.
Publika.az diktatorların qadınları ilə bağlı maraqlı faktları təqdim edir.
Nadejda Alliluyeva əri Stalinlə ailə quranda SSRİ rəhbərinin siyasətdə olduğu kimi həyatda da bu qədər qəddar, dözülməz olduğunu düşünmürdü. Ziyafət məclislərindən birində Stalinin süfrədəki çörəyi isladaraq xəmir düzəltməsi, onu ovcunda yumrulayıb marşallardan birinin arvadına atması qadının məclisdən incik halda çıxmasına səbəb oldu. Başqa bir yerdə isə Stalinin “Siyasətçi evlənməməli, arvad almamalıdır”, – sözlərindən doluxsunmuşdu. Lakin Nadejdaya təsir edən ən pis sözü əri bundan sonra dedi. Belə ki, yaşlı adamlardan birinin uşaqlara işarə ilə Stalinə “Bunlar sənin övladların deyilmi? Siyasətçi evlənməli deyilsə, bəs özün niyə evlənmisən?” – replikasına İosif “Yox, bunlar (əli ilə Nadejdanı göstərərək) onun uşaqlarıdır”- cavabını verdi. Qadın çox sevdiyi bu cür təhqirlərinə düz 14 il dözdü. Stalin onsuz da qadınına vaxt ayırmır, ondan uzaq gəzirdi. Nəhayət onun həyat yoldaşı 1932-ci ilin 9 noyabrında iştirak etdiyi məclislərdən birində üzləşdiyi növbəti təhqirə dözməyərək “Valter” tapançasıyla özünü vurdu.
Yeva Braun Hitlerlə hələ o, hakimiyyətə gəlməzdən 1 il əvvəl – 1932-ci ildə tanış olmuşdu. Cütlüyün əlaqələri bir müddət davam etdi. Hətta münasibətlər intim səviyyəyədək yaxınlaşdı.
Həmin ildən Adolfun sevgilisinə çevrilmiş qadın müəyyən səbəblər üzündən bir müddət ondan ayrılmalı oldu. 1945-ci ilin aprelində – faşist Almaniyasının son aylarında Yeva yenidən Hitlerin yanında göründü. Faşist rəhbərliyi ona gizli şəkildə “ölüm mələyi” adını verərək Yevanın növbəti gəlişinin Hitlerin sonundan xəbər verdiyini bildirirdilər.
Aprelin son günlərində intihar etməyi qərara almış Hitler ətrafındakılara bunkeri tərk etməyi məsləhət gördü. Belə olduqda Yeva sonsuz sevgi ilə yanaşdığı Hitlerə yalvararaq onun yanında qalmaq istədiyini bildirdi. Və aprelin 29-da rəsmi nikaha girdiyi 13 illik sevgilisi, 1 günlük əri ilə birlikdə intihar etdi. Bununla da Hitlerə sonsuz sədaqətini sübuta yetirdi.
Dünyada onu atıb getmiş ərinə son ana qədər dualar etmiş qadınların sayı bəlkə də barmaqla sayıla biləcək qədərdir. Belə qadınlardan biri də İtalyan faşistlərinin lideri Benito Mussolininin ögey bacısı və ikinci həyat yoldaşı Rakel Mussolinidir. Otuz il Mussolininin həyat yoldaşı, bir ömür isə sadiq qadını olmuş Rakel duçenin onu atıb əvvəlcə Marqarita Sarfattiyə, sonra isə Klara Petaççiyə üz tutmasını belə bağışladı. Klara ilə üz-üzə gələn Rakel “Sən günlərin birində Pyaçça Loretto”da əxlaqsız qadın kimi asılacaqsan – deyə qarğış etdi. Maraqlıdır ki, bu qarğışdan 13 il sonra Klara Petaççini meyiti doğrudan da Pyaça Lorettoda asılmışdı.
Bu arada, etiraf etmək lazımdır ki, Klara da Rakel kimi Mussoliniyə ömrünün son anına qədər sadiq qaldı. “Mən Mussolinidən ötrü güllənin üstünə belə gedərəm”, – deyən qadın son nəfəsinə qədər vədinə əməl etdi. O və Mussolini partizanlara əsir düşməzdən bir gün əvvəl Klaraya İsveçrəyə getmək təklif olundu. Lakin qadın bundan qəti şəkildə imtina etdi.
Rakel Mussolini isə 1945-ci ildə İsveçrədə italyan partizanları tərəfindən həbs edildi. Amerikalılara təhvil verilən qadın bir neçə ay sonra azadlığa buraxıldı. Rakel ömrünün son günlərinə qədər Mussolinin qəbri üzərinə gələrək sonsuz məhəbbətlə sevdiyi ərinin ruhunun şad olması üçün dualar oxudu.
Çilinin sabiq diktatoru Auqusto Pinoçetin 1943-cü ildə ailə qurduğu 20 yaşlı Lyusya İriart Rodriqes də ərinə sadiq qadınlardan biri kimi xatırlanır. Pinoçet şəxsi ailə sirlərini cəmiyyətdən gizli saxladığından Çilinin birinci xanımı mətbuatdan uzaq idi. Diktatorun ölümündən sonra Çili mediası qadını cəmi 1 dəfə yada saldı. 84 yaşlı dul qadın Lyusya İriart Rodriqes 2007-ci ildə 27 milyon dollarlıq mənimsəmədə ittiham olunurdu.
Çin lideri Mao Szedun Çzyan Çinlə əvvəlcə sevgili, sonra isə ər-arvad oldu. Ərinin hər addımını izləyən və ona sonsuz hörməti ilə seçilən qadın Maonun ölümündən sonra hakimiyyəti ələ keçirmək istəsə də, uğursuzluğa düçar oldu. Çzyan Çin Nadejdanın, Yeva Braunun, Klara Petaççinin aqibətini yaşadı – 1991-ci ilin mayında qadını özünü asmış vəziyyətdə tapdılar.
Sajidə Tulfa əmisi oğlu, əri Səddam Hüseynlə hələ gənc yaşlarında sevgili idilər. Tezliklə ailə üzvləri gənclərin bu sevgisindən xəbər tutdular. Qadın ailə qurduqdan sonra ərinə 2 oğlan və 3 qız övladı hədiyyə etdi.
Uqanda prezidenti, insanları təkcə məhv etməklə deyil, həm də düşmənlərinin ətini yeməklə qəddar diktator kimi tarixə düşmüş İdi Aminin beşinci arvadı Sara sevgilisi ilə uzun müddət eşq macərası yaşamış, lakin bir müddət sonra ondan ayrılmalı olmuşdu. Növbəti dəfə prezidentlə görüşən qadın nəhayət İdi Aminlə ailə qurmağa razı olur. Rəqiblərinə qarşı vəhşiliyi ilə seçilən “Hannibal” İdi Amin intim həyatda da arvadının həyatını cəhənnəmə çevirir. Lakin qadının geriyə yolu yox idi. Çünki prezidentin özündən əvvəlki arvadlarından birinin bir neçə hissəyə bölünmüş meyitini avtomobilin yük yerində tapılmışdı və o da bu aqibətdən qorxurdu. İdi Aminin digər keçmiş arvadı isə avtomobil qəzasına müəmmalı şəkildə dünyasını dəyişdi. Qəribə məqam bundan ibarətdir ki, Sara İdi Amin hakimiyyətdən gedəndən sonra da onun haqqında xoş sözlər danışırdı.






 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.