Now Reading:
Dicey azanın remiksinə görə mühakimə olunub
Full Article 50 second read

Dicey azanın remiksinə görə mühakimə olunub



Tunis məhkəməsi britaniyalı diceyi qiyabi olaraq bir il azadlıqdan məhrum edib. Buna onun gecə klubunda azanı remikslə səsləndirməsi səbəb olub.

Bir qədər əvvəl Tunisin Hammamet kurort şəhərində azanın rəqs versiyası ilə videonu nümayiş etdirən gecə klubu bağlanmışdı.

Grombalia şəhər məhkəməsinin nümayəndəsi əxlaqsız davranışa görə Dax J təxəllüsü ilə çıxış edən diceyin 6 ay müddətinə məhkum edildiyini bildirib. Ona həmçinin ictimai əxlaq normalarına qarşı təhqiramiz hərəkətlə bağlı 6 aylıq həbs cəzası da kəsilib.

Bununla yanaşı məhkəmə gecə klubunun sahibindən və remiksin səsləndiyi Orbit Festival-ın festivalının təşkilatçısına qarşı ittihamlara xitam verib.

Facebook səhifəsində baş verənlərə görə üzr istəyən festival təşkilatçıları hansısa təhqiredici musiqi səsləndirmək niyyətində olmadıqlarını qeyd ediblər.

“Mənim heç vaxt kimisə incitmək və ya təhqir etmək niyyətim olmayıb”, – deyə dicey özü belə deyib. (BBC Azərbaycanca)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: