Now Reading:
Deputatların, Ombudsmanın və MSK üzvlərinin pensiya təminatında dəyişiklik edilir
Full Article 30 second read


Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik ediləcək. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsi ilə Hüquq komitəsinin fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Dəyişiklik təklifinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna uyğun hesablanacaq.

APA

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.