Now Reading:
”Deputatların dəyişdirilməsi avropalı parlamentarilərin ələ alınması ilə bağlıdır”
Full Article 2 minutes read


Ələsgər Məmmədli: ”Bu prosesə Avropada düşən nüfuz məsələsi kimi baxmaq lazımdır”

Ehtimal etmək olar ki, deputatlar Elxan Süleymanovun və Müslüm Məmmədovun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətindən kənarlaşdırılmasının səbəbi avropalı parlamentarilərin ələ alınması barədə məlumatların ictimailəşməsi olub.

Bunu Meydan TV-ə hüquqşünas Ələsgər Məmmədli deyib.

Yanvarın 4-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevun əvəzinə Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə təyin ediliblər.

Onun fikrincə, bunlar hakimiyyətə sadiq deputatlardır, ona görə də bu prosesə sırf Avropada düşən nüfuz məsələsi kimi baxmaq lazımdır.

Bununla belə nümayəndə heyətinin tərkibinin dəyişdirilməsinin hansı prosedur qaydaları çərçivəsindən aparılmasına münasibət bildirən hüquqşünas qeyd edib ki,

“əgər spikerin iştirakı ilə heyətdə dəyişiklik olubsa, ciddi problem görmürəm”.

“Ancaq indiki halda hər iki şəxsin adı avropalı deputatların ələ alınması ilə bağlı hallanmışdı. Ona görə Milli Məclisin gözlənilmədən dərhal qərar verməsi cəmiyyətin informasiya almaq hüquqlarına hörmətsiz yanaşmadır. Çünki parlamentdə nə baş verirsə, ictimaiyyətin bilməsi vacibdir. Hansı çərçivədə olmasından asılı olmayaraq bu gizli saxlanılmalı məsələ deyildi. Akretidə olunmuş KİV nümayəndələri iclasda iştirak edib reportaj hazırlamalıydılar”.

Fazil Mustafa


İclas keçirilmədən nümayəndə heyətinin tərkibinin hansı prosedur üzrə dəyişdirilməsi haqda Meydan TV-nin sualını cavablayan deputat Fazil Mustafa bildirib ki, nümayəndə heyətinin tərkibi Milli Məclisin, yaxud komitənin iclaslarında müəyyən olunmur. Spiker Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətinin iclası keçirilir və rəhbərlik, üzvlər təyin edilir:

“Qanunda bununla bağlı Milli Məclisin iclasının keçirilməsi nəzərdə tutulmayıb. Bu, spikerin səlahiyyətinə aid olan məsələdir. Son olay da parlament sədrinin yanında müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib”.

Fazil Mustafa Elxan Süleymanov və Müslüm Məmmədovun nümayəndə heyətindən kənarlaşdırılmasının onlar barəsində yerli və xarici mətbuatda yazılanlarla bağlı olmadığını düşünür:

“Bu şəxslər Avropa Şurasında kifayət qədər fəal millət vəkilləridir. Ona görə hər hansı ittihamla bağlı olduğunu düşünmürəm. Görünür, özlərinin də AŞ PA-da iştirak etməməklə bağlı iradələri olub və qərar qəbul edilib”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.