Now Reading:
Deputat onu tənqid edənləri evinə çağırdı
Full Article 2 minutes read

Deputat onu tənqid edənləri evinə çağırdı



“Hazırda digər rayonlarda olduğu kimi, Salyanda da pambıqçılığın inkişaf etdirilməsi işi çox fəal şəkildə həyata keçirilir. Əminəm ki, Azərbaycan SSRİ vaxtı istehsal etdiyi illik pambıq yığımına yaxın 2-3 ildə gəlib çatacaq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Salyandan seçilmiş deputatı, Azərbaycanın keçmiş Hərbi Komissarı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

Ə.Hüseynov deyib ki, pambıqçılıq çox strateji sahədir, neft qədər əhəmiyyətlidir.
Onun sözlərinə görə, Hollandiya, Almaniya, Kanada və digər ölkələr kənd təsərrüfatının hesabına inkişaf etmiş dövlətə çevrilib və bu gün firavan yaşayır:
“Bütün bunlar olan təqdirdə bizə kim mane olur? Şükürlər olsun ki, təbiətimiz əlverişlidir, torpağımız, bol günəşimiz var və sairə. Üstəlik Azərbaycan hökuməti də fermerlərə güzəştli subsidiyalar verir. Bütün bunlar olan təqdirdə, kəndli niyə də əkib-becərməsin? Vaxt gələcək ki, cənab Prezident Azərbaycana çoxlu valyuta gətirəcək. Ölkə başçısı heç zaman dəqiq bilmədiyi işə əl qoymur. Ona görə də bu gün kəndlərdə iş yerləri açılır, əhalinin gəlirləri artır. Hətta, Bakıda yaşayan insanların da çoxu kəndə qayıdır”.
Deputat qeyd edib ki, hazırda Salyanda əhalinin güzəranı gündən-günə daha da yaxşılaşır, dövlət tərəfindən dəstək əsirgənmir:
“Pambıqçılığın inkişafı ilə bağlı çox yüksək səviyyədə iş görülür. Bütün bunlar cənab Prezidentimizin tapşırığıdır. Bu işlər xalqımızın maddi və sosial rifahının yaxşılaşdırılması və iş yerlərinin sayının artması üçün həyata keçirilir. Yəni, pambıqçılığın inkişaf etdirilməsi kampaniya deyil. İndi Salyan rayon İcra Hakimiyyətinə adi müraciət edilən kimi, dərhal müraciətə baxılır və müvafiq addımlar atılır. Salyanın yeni icra başçısı da əhali ilə çox yaxından maraqlanır, onların problemlərinin həllinə köməklik göstərir”.
Təmsil olunduğu dairədə yaşayan seçicilərin deputatı vaxtı-vaxtında tapa bilməməsi ilə bağlı səslənən fikirlərə də toxunan Ə.Hüseynov vurğulayıb ki, bu cür xəbərlərin yayılması doğru deyil:
“Hazırda Salyanda evimdəyəm. Bu rayondan deputat seçildiyim üçün burada da olmalıyam! Əgər kim düşünürsə ki, mən deputat seçiləndən sonra rayonumda görünmürəm və sairə, buyurub gəlib məni evimdə görə bilər. İndi Salyanda ailəmlə evimdə, eşiyimdəyəm. Həftənin ən azı 4 gününü Salyanda yaşayıram. Bakıya da gedib-gəlirəm!”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: