Now Reading:
Deputat maaşlarının azlığından şikayətləndi
Full Article 50 second read

Söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır.



Oxu.Az-ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib:

“Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir.

Amma hesab edirəm ki, ədalətsizliyə yol vermək olmaz.

Eyni zamanda, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır və ola da bilməz.

Necə olur ki, Hesablama Palatası MM-in qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır?

Bu, düzgün deyil.

Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: