Now Reading:
Dekan müavinin tutdurmaq istədiyi tələbə barəsində hökm dəyişmədi
Full Article 1 minutes read


Bakı Apelyasiya Məhkəməsində Bakı Dövlət Universiteti (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən çıxarılmış hökmdən verilən apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, Yasamal Rayon Məhkəməsi Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinərək, aylıq əməkhaqqısının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına cəlb edilməsi barədə hökm çıxrıb. Xüsusi ittihamçı apellyasiya şikayətində cəzasının ağırlaşdırılaraq Z.Mirağayevin azadlıqdan məhrum edilməsi, Zəka Mirağayev isə bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyanın qərarı ilə tərəflərin şikayətləri təmin edilməyib.

Qeyd edək ki, xüsusi ittihamq aydasında şikayətə səbəb tələbənin BDU-nun “İlahiyyat” fakültəsində rüşvət halları olması, Nigar İsmayılzadə dekan müavini təyin olunandan sonra isə neqativ halların artması barədə mətbuatda çıxış etməsi olub.
Dekan müavini onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.Məhkəmə ona 148-ci maddə ilə bəraət verib, 147-ci maddə üzrə isə təqsirli bilib.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.