Now Reading:
“Daily Caller”: Azərbaycan dinlər və mədəniyyətlərarası beynəlxalq ahəng modelidir
Full Article 40 second read

“Daily Caller”: Azərbaycan dinlər və mədəniyyətlərarası beynəlxalq ahəng modelidir



ABŞ-ın “Daily Caller” portalında amerikalı keşiş Xuan Karlos Mendezin Azərbaycana səfər təəssüratlarından bəhs edən yazı yerləşdirilib. 

AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycanın dinlər və mədəniyyətlərarası beynəlxalq ahəng modeli olduğunu vurğulayır. Qeyd edilir ki, Azərbaycan müsəlmanların, yəhudilərin və xristianların birgə, yanaşı yaşadıqları dünyəvi dövlətdir.

Məqalədə müəllif Bakıya səfəri çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təmir edilən kilsəyə baş çəkdiyini, kilsənin hazırda Azərbaycan Prezidentinin himayəsi altında olduğunu diqqətə çatdırır.

Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilə görüşdüyünü qeyd edən müəllif Azərbaycanda dini dəyərlərin olduqca yüksək tutulduğunu bildirib və məhz bunun nəticəsində ölkədə müxtəlif dinlərə ibadət edən insanların birgə sülh şəraitində yaşadığını diqqətə çatdırıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.