Now Reading:
Daha bir erməni hərbçisi öldü
Full Article 30 second read

Daha bir erməni hərbçisi öldü



Ermənistanda qəza nəticəsində müqavilə üzrə xidmət edən hərbçi ölüb.

Oxu.az “shamshyan.com”a istinadən xəbər verir ki, qəza Ermənistanın Qeqarkunik vilayətində baş verib.

Gecə yarısına yaxın vilayətin xilasetmə xidmətinə Astxadzor kəndinin yaxınlığında Martuni-Vardenis yolunda avtomobilin yanması haqqında zəng daxil olub.

Məlum olub ki, Qeqarkunik vilayətinin sakini, 27 yaşlı hərbçi Samvel Saakyanın sükan arxasında olduğu “Vօlkswagen Passat” avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində maşın yanıb. Xilasedicilər tamamən yanan maşında hərbçinin külə dönmüş meyitini tapıblar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.