Daha bir dindar fəal həbs olundu


Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Əbdülxaliq Cəfərli də saxlanılıb. Bu haqda “Azadliq.info”ya onun yaxınları məlumat verib.

Seyid Əbdülxaliq Cəfərli oktyabrın 11-də dostlarına zəng edib deyib ki, onu Sumqayıt şəhər Polis İdarəsinə çağırıblar, ora gedir. O vaxtdan ötən bir sutka ərzində dindar fəaldan heç bir məlumat yoxdur. Polis bölməsindən də onunla bağlı xəbər almaq mümkün olmayıb.

Qeyd edək son həftə ərzində Müsəlman Birliyi Hərəkatının dörd üzvü – Əhsən Nuruzadə, Samir Babayev, Rəvan İsmayılov və Əbdülxaliq Cəfərli həbs olunub. “Seyid” kimi tanınan Cəfərli Nardaran hadisələri, o cümlədən Taleh Bağırzadənin məhkəmələrinin fəal iştirakçılarından biri idi.

Rəvan İsmayılov və Samir Babayev məhkəmədə deyiblər ki, Sabunçu Rayon Polis İdarəsində onlara dəətli işgəncələr verilib, bədənlərinə cərəyan qoşulub.

Azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

İnanclı fəallara polisdə ağır işgəncə verilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: