Now Reading:
Dağlıq Qarabağdakı separatçı rejimdə təyinatlar
Full Article 1 minutes read

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Sahakian bir sıra vəzifələrə təyinatlar edib.



Grigoriy Martirosian “dövlət naziri” təyin olunub. O, daha öncə maliyyə naziri vəzifəsini tuturdu. Artur Arutyunian isə “maliyyə naziri” təyin olunub.

Polkovnik Samvel shakhramyan “Milli Təhlükəsizlik Xidməti”nin direktoru, polkovnik İgor Grigorian “polis rəisi” vəzifəsinə gətiriliblər.

***

Bu gün – iyunun 6-da Dağlıq Qarabağdakı separatçı hakimiyyətin “polis rəisi”, general mayor Kamo Aghajanian istefa verib.

“Son etiraz dalğası hamıya düşünməyə əsas verdi. Narahatlığıma səbəb təkcə mənim istefamla bağlı tələb deyildi. Məqsədim ölkənin daxili təhlükəsizliyini təmin etmək, daxili siyasi kəskinləşmədən yayınmaq idi”, – Aghajanian-ın polisin saytında yerləşdirilmiş müraciətində deyilir.

O, istefasıyla bağlı “cəmiyyətdə tələb yarandığından” istefa məruzəsini separatçı rejimin rəhbəri Bako Saakian-a göndərdiyini qeyd edir.

“TOP MƏQSƏDİNƏ ÇATMASA…”

Daha öncə isə Qarabağın “dövlət naziri” Araik Arutyunian istefaya getdiyini açıqlayıb. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti Arutyunian-ın mətbuat katibindən informasiya əldə edib.

Bako Sahakian (sağdan birinci), Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtian-la görüşür, 5 iyun, 2018-ci il
Xankəndində dörd gün davam edən etirazların dünən – iyunun 5-də dayandırıldığı bildirilib. Etirazları koordinasiya edən qrup Ermənistanın baş naziri Nikol Pashinian və Dağlıq Qarabağdakı separatçı hakimiyyətin rəhbəri Bako Saakian-ın çağırışlarına cavab verdiklərini deyirdilər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.