Now Reading:
Dağıstanda 3 silahlı öldürüldü
Full Article 40 second read

Dağıstanda 3 silahlı öldürüldü



Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmiş üç silahlı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında bildirilir.

Məlumata görə, ötən gün 21.25 radələrində Dağıstanın Kumtorkalinski rayonunun Tübe yaşayış məntəqəsinin yaxınlığında DİN-in xüsusi təyinatlı bölməsinin əməkdaşları yoxlamaq üçün “Chevrolet” markalı avtomobili saxlamağa cəhd ediblər.

Avtomobildə olan şəxslər avtomat silahdan atəş açaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Atışma zamanı avtomobildə yanğın baş verib, salonda olan üç şəxs isə güllə yaralarından ölüb.

Polis və əhali arasında itki yoxdur. Hadisə yerində istintaq tədbirləri aparılır.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.